E-90 avtomagistralında qəza: 11 nəqliyyat vasitəsi toqquşdu - FOTO

Avtosfer Foto 5 Sentyabr 2019 15:42 Oxunub 1686
E-90 avtomagistralında qəza: 11 nəqliyyat vasitəsi toqquşdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza səbəbindən yolda uzun tıxac yaranıb

Türkiyənin Osmaniyə vilayətində 11 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 1 nəfər yaralanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə sentyabrın 4-ü axşam saatlarında E-90 avtomagistralında qeydə alınıb.

Məlumata görə, Qaziantepdən Osmaniyəyə gedən Orxan Y.-nin idarə etdiyi 63 FD 006 qeydiyyat nömrə nişanlı yük maşını, yol tikinti işləri ilə əlaqədar yavaşlayan Rəcəb K.-nın idarə etdiyi 02 DD 598 qeydiyyat nişanlı yük maşınına çırpılıb. Bundan sonra arxadan gələn digər 9 nəqliyyat vasitəsi də qəzada iştirak ediblər.

Ətrafdakı sürücülərin çağırışı ilə əraziyə ambulanslar və xilasedicilər gəlib.

Nəticədə maşınların birində olan Məhməd P.-nin yüngül xəsarət aldığı müəyyən edilib.

Hadisə səbəbindən yolda uzun tıxac yaranıb.

Qəzaya düşmüş avtomobillər yoldan kənarlaşdırıldıqdan sonra, nəqliyyatın hərəkəti bərpa olunub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh