2 milyon dollarlıq “Lamborghini”nin hissələrə ayrılmış FOTOsu
Avtodünya 6 Sentyabr 2019 18:26 240 dəfə oxunub
2 milyon dollarlıq “Lamborghini”nin hissələrə ayrılmış FOTOsu
Şəkildə olan avtomobil, 2 milyon dollarlıq “Lamborghini” ilə eyni ölçüdədir

2 milyon dollarlıq “Lamborghini”nin hissələrə ayrılmış fotosu 2 illik çalışmadan sonra ərsəyə gətirilib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, əsər Fabian Oefner adlı fotoqrafçıya məxsusdur.

35 yaşlı isveçirəli fotoqraf Fabian Oefnerin bir dostu, “Lamborghini Miura SV” model avtomobilini yenidən bərpa etdirəcəkdi. Oefner isə “Lamborghini”nin hissələrə ayrılmış vəziyyətini çəkməyi arzulayırdı. Bundan sonra servisdə avtomobilin sökülmə mərhələsində iştirak edən fotoqrafçı, sökülən parçaları maşından ətrafa dağılırmış kimi çəkməyə başladı. Təxminən 2 ilə başa gələn çəkilişlər nəticəsində cəmi 1500 şəkil çəkilərək birləşdirildi.  

Oefnerin, hər zərrəsi ayrı istiqamətə sıçrayan “Miura SV”nin görüntüsü, adətən fotoqrafiya sənətinin hüdudlarını aşıb.

Şəkildə olan avtomobil, 2 milyon dollarlıq “Lamborghini” ilə eyni ölçüdədir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh