Avtosfer.az | Reklam
Bu maşınlar satışa çıxarılır - "Nissan" 4000, "Hyundai" 3600 MANAT - QİYMƏTLƏR
Avtobazar 6 Sentyabr 2019 20:32 280 dəfə oxunub
Bu maşınlar satışa çıxarılır - "Nissan" 4000, "Hyundai" 3600 MANAT - QİYMƏTLƏR
Nazirliyin balansında olan nəqliyyat vasitləri 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılır

Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

Avtosfer.az-ın məlumatına görə, sentyabrın 10-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb. 

9-16-cı sətirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan nəqliyyat vasitləri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

17-19-cu  sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitləri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

20-ci sətirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunan qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilən hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)(unikal)

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh