Xırdalanda küçə itləri sürü halında gəzir - VİDEO

Xəbərlər 9 Sentyabr 2019 15:32 Oxunub 1884
Xırdalanda küçə itləri sürü halında gəzir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar insaların həyatı üçün təhlükəlidir

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksinin sakinləri yaşadıqları ərazidə küçə itlərinin çoxluğundan şikayətçidirlər. Sakinlərdən biri "Facebook"da video paylaşaraq itlərin sürü halında gəzdiyini və onların insaların həyatı üçün təhlükəli olduğunu bildirib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, həmin ərazidə olan itlərin çoxu birkalıdır: “Onlar cəmiyyət üçün heç bir təhlükə törətmir. Hətta insanlar tərəfindən yemlənilir də. Təhlükə törədə biləcək itlər barədə isə aidiyyatı üzrə müraciət olunur və tədbir görülür. Yəni, daim diqqətdən saxlanılır. Ümumiyyətlə Xırdalan ərazisində itlərin kütləvi şəkildə gəzməsini müşahidə etməmişik. Əgər belə hal varsa, yeni yaranıb və bu barədə yenə aidiyyatı üzrə müraciət edəcəyik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh