“Brabus” “Galenvagen"in yenilənmiş versiyasını hazırlayıb - FOTO

Avtoxəbər 10 Sentyabr 2019 08:02 Oxunub 11567
“Brabus” “Galenvagen"in yenilənmiş versiyasını hazırlayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“G V12 900 One of Ten” modelinin təqdimatı bu gün Frankfurt avtosalonunda keçiriləcək

Almaniyanın “Brabus” tüninq studiyası “Mercedes-Benz G-Class”ın yenidən işlənmiş versiyasını, “G V12 900 One of Ten” adı ilə hazırlayıb. Avtosfer.az "iz.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında yayımlanan məlumatda deyilir.

Mütəxəssislər avtomobili, aerodinamik kuzov dəsti, LED faralar, 24 düyümlük disk və adaptiv asma amortizatorla təchiz ediblər.

Salonun ön paneli ilə mərkəzi konsolu dəri və karbon əlavələrlə işlənib.

Avtomobil, 900 at gücündə olan 6.3 litrlik benzinlə işləyən mühərriklə və 9 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub.

İstehsalçı bildirib ki, təkmilləşdirilmiş model 100 km/s sürəti 3.8 saniyəyə yığır.

Onun maksimal sürəti elektron işarə ilə 280 km/saatda məhdudlaşdırılıb.

“G V12 900 One of Ten” modelinin təqdimatı sentyabrın 10-da Frankfurt avtosalonunda keçiriləcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh