Avtopilot rejiminə etibar edib sükan arxasında yatdılar – ŞOK VİDEO

Maraqlı 11 Sentyabr 2019 14:45 Oxunub 2770
Avtopilot rejiminə etibar edib sükan arxasında yatdılar – ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil saatda 100 kilometr sürətlə hərəkət edib

Ən dəhşətli kadrları yalnız avtomagistrallarda çəkmək olar. Belə hadisələrdən birinə ABŞ-ın Massaçusets əyalətində sürücülərdən bir şahid olub.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, sürücü trasda gedərkən yan zolaqda avtomobilin sükanı arxasında yatmış sürücü və onun sərnişinini görüb. Bu vəziyyətdə avtomobil saatda 100 kilometr sürətlə hərəkətinə davam edib.

Sonradan məlum olub ki, “Tesla” markalı avtomobil avtopilot rejimində idarə edilib.

Hadisə şahidi tərəfindən mobil telefon vasitəsilə qeydə alınan görüntülər, sosial şəbəkədə yayımlanaraq böyük maraq doğurub.

 

Namiq Musayev

 

P.S. Bir müddət əvvəl “Tesla” şirkəti xəbərdarlıq etmişdir ki, avtomobil avtopilot rejimində olsa belə, sürücü gərək sükandan əlini buraxmasın.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh