Avtomobilin nömrəsindən "AZ" işarəsini sökənləri hansı cəza gözləyir? - VİDEO

Yazarlar 13 Sentyabr 2019 09:25 Oxunub 9499
Avtomobilin nömrəsindən "AZ" işarəsini sökənləri hansı cəza gözləyir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Həmin şəxslərin aşkarlanaraq ciddi şəkildə cəzalandırılmasının tərəfdarıyam"

2011-ci ilin dekabr ayından etibarən Azərbaycanda sürücülərə üzərində elektron daşıyıcıları (ÇİP) olan dövlət qeydiyyat nişanları verilir. Burada nömrənin əvvəlində olan “AZ” simvolu həm də çipdir. Elektron daşıyıcılarda (ÇİP) dövlət qeydiyyat nişanının hansı nömrədən olduğu qeyd edilib. Nömrə hansısa səbəbdən oxunmadıqda, onun içindəki elektron daşıyıcı nömrənin hansı qeydiyyat nişanı olduğunu bildirir. Elektron daşıyıcılar vasitəsilə həmin avtomobil və nömrə ilə bağlı bütün məlumatları oxumaq mümkündür. Həmçinin elektron daşıyıcılar nömrənin saxta olub-olmamasını, həmin avtomobilə məxsusluğunu, avtomobil və nömrəyə aid bütün məlumatları öyrənməyə imkan verir.

Amma sürücülər arasında yayılmış bir şayiə də var ki, guya çip olmadıqda radar və kameralar dövlət qeydiyyat nişanını oxuya bilmir. Yol Hərəkəti Təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı bunu absurd bir məsələ adlandırıb. “Bu tamamilə yanlış bir məsələdir. Radar və kameralar nömrəni oxuyur. Çipin bu məsələyə aidiyyatı yoxdur. Çip sadəcə olaraq həmin avtomobil haqqında məlumatları özündə daşıyır. Bəziləri bunu çıxartmaqla guya məsuliyyətdən yayına biləcəklərini düşünürlər. Amma qanunla qadağan və inzibati məsuliyyət daşıyan bu əməlin həm cəriməsi var, həm də dövlət atrubutlarına qarşı bir hörmətsizlikdir.”

Bu günlərdə sosial şəbəkələrdə (Tik-tok) “07 xestesi” adlı bir istifadəçinin paylaşdığı videoda avtomobilin dövlət qeydiyyat nişanında olan “AZ” simvolunun söküldüyü əks olunur. Bunu edənlər hesab edir ki, çip olmasa avtomobil radara düşmür, kameralar çəkmir. Amma bu yalnış fikirdir.

Məsələyə münasibət bildirən ekspert Elməddin Muradlı həmin şəxslərin aşkarlanaraq cəzalandırılmasının tərəfdarı olduğunu bildirib. “Buna təkcə nömrəni yararsız halda sürmək kimi baxmaq lazım deyil. Bu adamlar həm də bir növ dövlət atributlarına hörmətsizlik edirlər. Bu da cinayət tərkibi yaradır. Düşünürəm ki, atomobilin nömrəsindən bayrağı, “AZ” simvolunu silən, qopardan şəxslərə qarşı tədbirlər görülməlidir. Nömrə nişanının vahid standartı var və o standartda da AZ tanınma nişanı əksini tapır. Onu oradan qoparanlar, silənlər 4 bal 60 manat cərimə oluna bilərlər”.

Videonu təqdim edirik:

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh