Yerin yanından iki asteroid keçəcək

Maraqlı 13 Sentyabr 2019 23:38 Oxunub 1278
Yerin yanından iki asteroid keçəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göy cisimləri Yerdən 5.6 milyon kilometr aralı keçəcək

Sentyabrın 14-ü və 15-də Yer kürəsinin yanından orta ölçülü iki asteroid keçəcək.

Avtosfer.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, 2010 C01 və 2000 QV7 adlı kosmik obyektlər Yer üçün təhlükə törətmirlər.

NASA-nın mənzil qərargahındakı Planetar müdafiə üzrə koordinasiya bürosu proqramının rəhbəri Lindli Conson bir asteroidin 20, digərinin isə 10 ildir alimlər tərəfindən izlənildiyini və buna görə də onların orbitlərinin yaxşı öyrənildiyini deyib.

Consonun sözlərinə görə, göy cisimləri Yerdən 5.6 milyon kilometr aralı keçəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh