“MAN” markalı yük maşını “PAZ”la toqquşdu: 7 ölü, 29 yaralı - VİDEO

Avtosfer TV 14 Sentyabr 2019 18:35 Oxunub 1257
“MAN” markalı yük maşını “PAZ”la toqquşdu: 7 ölü, 29 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır

Rusiyanın Yaroslavl əyalətində yük maşınının və reys avtobusunun iştirakı ilə baş verən ağı yol qəzasında 7 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident sentyabrın 14-ü yerli saatla 11.00-da “Yaroslavl - Dovşan təpəsi – İvanova” avtomobil yolunun 20-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, “MAN” markalı yük maşının sürücüsü əks zolağa çıxaraq, içərisində azı 30 nəfərin olduğu “PAZ” markalı sərnişin avtobusu ilə toqquşub. Toqquşmanın şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Hadisə nəticəsində sürücülərlə birgə 7 nəfər ölüb, 29 yaralı təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh