Biləcəri qəsəbəsində 38 yaşlı şəxsi avtomobil vurub

Qəzalar 14 Sentyabr 2019 22:42 Oxunub 991
Biləcəri qəsəbəsində 38 yaşlı şəxsi avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gecə daha bir piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Novruzov Elnur Əliabbas oğlunu avtomobil vurub.

Xəsarət alan piyada dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona, qapalı kəllə-beyin travması, başın əzilməsi diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh