İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Qəzalar 14 Sentyabr 2019 23:08 Oxunub 1174
İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə İmişil şəhər Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb. 

Belə ki, rayonun Şahverdili kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Cəlil Daşqın oğlu idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. 

Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişin, 1941-ci il təvəllüdlü İsmayılov Cəbrayıl Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh