Novxanıda ağır qəza, 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Qəzalar 14 Sentyabr 2019 23:40 Oxunub 8213
Novxanıda ağır qəza, 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var

Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib. 

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yaralılardan bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəsarət alanlardan biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh