Bakıda qanunları kobud şəkildə pozan yol polisi kimdir? — Təhlükəli manevrlər edir - VİDEO

Yol polisi 14 Sentyabr 2019 23:44 Oxunub 2135
Bakıda qanunları kobud şəkildə pozan yol polisi kimdir? —  Təhlükəli manevrlər edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər sürücülər üçün qəza şəraiti yaradıb

Bakıda qaydaları kobud şəkildə pozan yol polisi əməkdaşı kameraya düşüb.  Bu barədə Demokrat.az-a vətəndaşlardan biri şikayət göndərib.  Belə ki, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı 99 YP 276 dövlət nömrə nişanlı patrul avtomobilində manevr qaydalarını pozur. 

Heydər Əliyev prospektində sağdan ötmə edən YPX əməkdaşı bu zaman sayrışan işıq və səs siqnalından istifadə etməyib. 

Həmçinin digər sürücü üçün qəza şəraiti yaradıb. 

Bununla da Yol Hərəkəti haqqında qanunun 42-ci maddəsinin tələblərini pozub. 

İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə sürücü 40 manat məbləğində cərimə olmalıdır.

Həmin videonu təqdim edirik. 

Qeyd edək ki, videonu sürücülərdən birinin avtomobilində olan videoqeydiyyatçısı çəkib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh