Paytaxtda “Mercedes” səkiyə çırpıldı: sürücü xəsarət alıb

Qəzalar 15 Sentyabr 2019 09:28 Oxunub 1025
Paytaxtda “Mercedes” səkiyə çırpıldı: sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən Bakı Əyləncə Mərkəzinin yanında baş verib. Sürücü, 1986-ci il təvəllüdlü İsmayılov Elvin İsmayıl oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı səkiyə çırpıb.

O, ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya baş nahiyəsinin və burnun yumuşaq toxumasının əziyi diaqnozu qoyulub. Elvin İsmayılov aidiyyatı üzrə həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh