İki “Lada Priora” toqquşdu: bir ailənin 5 üzvü öldü, daha ikisi isə ağır yaralandı

Qəzalar 16 Sentyabr 2019 15:08 Oxunub 1568
İki “Lada Priora” toqquşdu: bir ailənin 5 üzvü öldü, daha ikisi isə ağır yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər avtomobilin sürücüsü də həyatını itirib

Çeçenistanda iki minik maşınının iştirakı ilə baş verən yol qəzasında 6 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Avtosfer.az “Gazetaingush” nəşrinə istinadən xəbər verir ki, insident Qroznı rayonunun Alxan-Qala kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Qroznı-Sernovodsk” avtomagistralında sürətlə hərəkətdə olan “Lada Priora” markalı maşın, anidən ikinci dərəcəli yoldan qarşısına çıxan digər “Lada Priora” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü, eyni zamanda 4 sərnişin həyatını itirib, iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Yerli DİN Regional mətbuat xidmətindən bildirilib ki, ölənlərdən 5-i (ailə başçısı, onun iki qızı və 2015-2016-cı il təvəllüdlü iki nəvəsi) bir ailənin üzvləridir. Daha iki nəfər – həyat yoldaşı və 5 yaşlı nəvəsi ağır vəziyyətdədirlər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh