Bakıda 230 manatlıq dələduzluq edən şəxs saxlanılıb

Gündəm 16 Sentyabr 2019 20:18 Oxunub 631
Bakıda 230 manatlıq dələduzluq edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda 3 nəfərə qarşı 230 manatlıq dələduzluq edən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan, ümumilikdə, 230 manat pul aldıqlarını bildirib. Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh