Gəncədə kütləvi dava: 4 qonşu döyülüb

Gündəm 16 Sentyabr 2019 20:35 Oxunub 1268
Gəncədə kütləvi dava: 4 qonşu döyülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncədə qonşular arasında kütləvi dava olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Lalə Nurəddin qızı, 1986-cı il təvəllüdlü Novruzov Rusal Şöhrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədova Maral Nurəddin qızı döyülüb. Döyülənlər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu bildirilir. Onlar qonşuları tərəfindən döyüldüklərini deyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh