Avtosfer.az | Reklam
Körpünün altından keçmək istədi, ilişib qaldı - VİDEO
Gündəm 16 Sentyabr 2019 20:18 1159 dəfə oxunub
Körpünün altından keçmək istədi, ilişib qaldı - VİDEO
Hadisə Gəncədə yerləşən dəmiryol körpüsünün aldtından keçən yolda baş verib

Yük avtomobili körpünün altından keçən zaman orada ilişərək qalıb.Hadisənin baş verməsi isə yolda bir neçə saat hərəkətin dayanmasına səbəb olub. Avtosfer.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, hadisə Gəncədə yerləşən dəmiryol körpüsünün aldtından keçən yolda baş verib. Yoldan istifadə edən sürücülərin sözlərinə görə, yük avtomobilinin sürücüsü körpünün altından keçən zaman körpünün yaxınlığında qoyulan yol nişanına əhəmiyyət verməyib. Bəzi sürücülər iddia edir ki, körpünün altında olan yola asfalt örtüyü vurulandan sonra nişanda göstərilən hündürlüklə yolda olan hündürlük arasında fərq ortaya çıxıb. Ancaq körpünün hündürlüyü ilə bağlı iddia özünü doğrultmadı. Körpünün hündürlüyünü ölçən zaman girişdə hündürlüyün 3.7 metr, çıxışda isə 3.4 metr olduğu məlum oldu. Nişanda isə bu rəqəm daha az 3 metr göstərilib ki, bu da riski azaltmağa xidmət edir. Gəncə Dövlət Yol Polisi şöbəsinin əməkdaşı Elşad Məmmədov isə deyir ki, sürücülər nişanlara diqqət yetirsə belə hallar meydana çıxmaz. Bəzi sürücülər isə idarə etdikləri yük maşınlarının hündürlüyünü nəzərə alaraq alternativ yoldan istifadə edirlər.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh