Binədə iki yol qəzası 850 abunəçini qazsız qoyub - FOTO

Qəzalar 17 Sentyabr 2019 10:03 Oxunub 903
Binədə iki yol qəzası 850 abunəçini qazsız qoyub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qazın verilişi üçün bərpa işləri sürətləndirilib

Bu gün səhər saatlarında Bakının Xəzər rayonunda, “Binə Sovxozu” deyilən yaşayış massivində “KamAZ” markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb.

Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Bununla əlaqədar 350 abunəçinin qaz təchizatı dayandırılıb.

Bundan başqa, gecə saatlarında Bakının Nizami rayonunun N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. Hadisəyə görə 500 abunəçinin qaz təchizatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh