Xanım sürücü avtomobili “şahə” qaldırdı - ŞOK VİDEO

Avtosfer TV 17 Sentyabr 2019 18:25 Oxunub 6021
Xanım sürücü avtomobili “şahə” qaldırdı - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində sürücü xəsarət alıb

Çində minik avtomobili qəza törədərək dik durub. Avtosfer.az xəbər verir ki, insident Hangzhou şəhərində yerləşən avtomagistralların birində, arxadan gələn başqa bir avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, avtobanda hərəkət edən bir maşının istiqamət bildirici və xəbərdarlıq edici dirəyə çırpıldığını, bundan sonra da dirəyə söykənərək dik dayandığı görülür.

Yerli mediada, dik duran nəqliyyat vasitəsində qadın sürücü ilə bərabər daha 2 sərnişinin olduğunu, onlardan yalnız sürücünün xəsarət aldığı qeyd edilib.

Aparılan müayinə zamanı, qadın sürücünün alkaqol ya da hər hansı bir narkotik maddənin təsiri altında olmadığı müəyyən olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh