“Qonşu” qonşunun avtomobilini qarpızla əzdi: Düzgün park etmədiyinə görə - FOTO

Avtosfer Foto 18 Sentyabr 2019 07:47 Oxunub 2031
“Qonşu” qonşunun avtomobilini qarpızla əzdi: Düzgün park etmədiyinə görə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi o, dəymiş ziyanı öz cibindən ödəməli olacaq

Rusiyada “qonşu” qonşunun avtomobilini qarpızla əzib. Avtosfer.az xəbər verir ki, insident gecə saatlarında Moskva əyalətinin Podolsk rayonunda qeydə alınıb.

Yerli sakin, qonşusunun avtomobilini binanın qarşısında düzgün park etmədiyinə görə, onun üzərinə 14-cü mərtəbədən qarpız atıb. Maşının damına düşən qarpız, nəqliyyat vasitəsinin damını və ön şüşəsini zədələyib.

Ertəsi gün avtomobilini bu vəziyyətdə görən sürücü şoka düşüb və ona ziyan verən “qonşu”su barədə polisə şikayət edib. Polis şikayət əsasında hadisə yerinə baxış keçirərək araşdırma aparıb. Sorğu-suala çəkilən “qonşu” daha sonra bölməyə aparılıb.

İndi o, dəymiş ziyanı öz cibindən ödəməli olacaq.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh