DİN Mahirin mənzilini qarət edənlərin saxlanılması ilə bağlı məlumat yayıb

Gündəm 18 Sentyabr 2019 10:44 Oxunub 833
DİN Mahirin mənzilini qarət edənlərin saxlanılması ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilmiş və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh