"Azərişığ"ın maşını dərəyə aşdı: 2 ölü, 2 ağır yaralı - Qubada

Qəzalar 18 Sentyabr 2019 13:28 Oxunub 941
"Azərişığ"ın maşını dərəyə aşdı: 2 ölü, 2 ağır yaralı - Qubada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hadisənin səbəblərinin araşdırmaq üçün artıq qurum rəhbərliyi Qubadadır”

Səhiyyə Nazirliyi Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin aşması nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, nazirlikdən "Report"a bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib: "Daha 2 nəfər ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılır. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".

***12:58

Qubada “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq dərəyə aşıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qurumun iki əməkdaşı ağır yaralanıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiq edib və bildirib ki, hadisə araşdırılır: “Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarəti altındadır. Hadisənin səbəblərinin araşdırmaq üçün artıq qurum rəhbərliyi Qubadadır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh