Avtosfer.az | Reklam
Siyəzəndə iki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
Gündəm 19 Sentyabr 2019 11:47 289 dəfə oxunub
Siyəzəndə iki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Siyəzən rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yaşar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Siyavuş Hacıyevin icraatına verilib.

Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il mayın 31-də baş verib. Bakı-Quba-Rusiya sərhədi yolunun 116-cı kilometrliyində,1974-cü il təvəllüdlü Yaşar Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes Benz E 200" markalı avtomobil idarəetməni itirərərək yolun kənarına aşıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 1992-ci il təvəllüdlü Mövlud Rasim oğlu Əmiraslanov hadisə yerində ölüb.

1988-ci il təvəllüdlü Nərmin Əzizağa qızı Hacıbalayeva və Əlisgəndər Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, Y.Əliyev qəza törətdiyi avtomobillə Bakı-Xaçmaz marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olurmuş.

O, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh