Avtosfer.az | Reklam
Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 1 yaralı
Gündəm 19 Sentyabr 2019 16:27 1474 dəfə oxunub
Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 1 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Sentyabrın 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh