Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

Yol polisi 19 Sentyabr 2019 22:19 Oxunub 2572
Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tabesizlik göstərən vətəndaş polislə mübahisə edib

Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydaları kobud şəkildə pozan piyada həbs edilib. Avtosfer.az xəbər verir ki, yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan 1997-ci il təvəllüdlü Əli Sultanov qadağan olunmuş yerdən yolu keçərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.

Yol polisi ilə mübahisə edərək əl-qol hərəkətləri edən Əli Sultanov qarşı tərəfə keçən zaman digər YPX əməkdaşı tərəfindən saxlanılıb. Burada da tabesizlik göstərən vətəndaş polislə mübahisə edib. Nəticədə saxlanılan şəxs barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib. Videonu təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh