Bakıda piyadanın ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Gündəm 20 Sentyabr 2019 11:16 Oxunub 1561
Bakıda piyadanın ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Rasim Sadıxovun sədrlik etdiyi iclasda hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Sultanəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən K. Sultanəliyev 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, K.Sultanəliyev sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə Ağakərimov Balasi Ağakıərim oğlunu vurub. Nəticədə piyada dünyasını dəyişib.

K.Sultanəliyevə Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh