Rusiya aviaşirkəti Rostovdan Bakıya birbaşa uçuşlara başlayır

Gündəm 20 Sentyabr 2019 11:48 Oxunub 858
Rusiya aviaşirkəti Rostovdan Bakıya birbaşa uçuşlara başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aviaşirkətdən Bakıya uçuşların reys cədvəlində artıq 2020-ci ilin əvvəlindən yer alacağı bildirilib

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azimut" aviaşirkətinə Rostov-Bakı marşrutu və geri istiqamətdə uçuşlar həyata keçirmək üçün icazə verib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, Rostov aviaşirkəti həftədə üç dəfə Bakıya uçuşlar təşkil etməyi planlaşdırır. Aviaşirkətdən Bakıya uçuşların reys cədvəlində artıq 2020-ci ilin əvvəlindən yer alacağı bildirilib.

Qeyd edək ki, əvvəllər Rostovdan Bakıya "Pobeda" aviaşirkəti uçuşlar həyata keçirirdi. Yayda Rusiyanın "İrAero" aviaşirkəti də bu cür planları olduğunu açıqlamışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh