Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralanan var

Qəzalar 20 Sentyabr 2019 12:14 Oxunub 1189
Şəmkirdə ağır yol qəzası baş verib, ölən və yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub. "Chevrolet" markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Asif Cəfərov hadisə yerində ölüb. Nəqliyyat vasitəsinin sürücüsü - Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Üzeyir Şabanov və həmyerlisi, 1943-cü il təvəllüdlü Binəli Atakişiyev xəsarət alıb. Ü.Şabanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. B.Atakişiyev isə yüngül xəsarət alıb.

***

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Könüllü kənd ərazisində qeydə alınıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh