Avtosfer.az | Reklam
Bakıda üç nəfərə qarşı 39 500 manatlıq dələduzluq edilib
Gündəm 20 Sentyabr 2019 12:59 134 dəfə oxunub
Bakıda üç nəfərə qarşı 39 500 manatlıq dələduzluq edilib
Dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb

Bakıda üç nəfərə qarşı 39 500 manatlıq dələduzluq edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə cari ilin iyul ayında Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək Firdovsi adlı şəxsin aldadaraq onlardan, ümumilikdə, 34 500 manat pul aldıqlarını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb. Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh