Reys avtobusu təpəyə çırpıldı: 22 ölü, 15 yaralı

Qəzalar 22 Sentyabr 2019 12:19 Oxunub 1662
Reys avtobusu təpəyə çırpıldı: 22 ölü, 15 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə işləri davam etdirilir

Pakistanda avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident sentyabrın 22-də səhər saatlarında ölkənin Gilgit bölgəsində qeydə alınıb. Bu barədə “Radio Pakistan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, reys avtobusu Skardu şəhərindən yola çıxıb və magistral yolda naməlum səbəblərdən təpəyə çırpılıb. Əraziyə xilasetmə, səhiyyə və polis briqadaları cəlb edilib.

Yaralılar “təcili tibbi yardım” maşınları ilə xəstəxanalara çatdırılıblar.

Xilasetmə işləri davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh