Milyonluq maşınla dükana girib “Sony PlayStation” oğurladılar - VİDEO

Avtosfer TV 22 Sentyabr 2019 17:26 Oxunub 7927
Milyonluq maşınla dükana girib “Sony PlayStation” oğurladılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə “Mustang”a 5 min avro zərər dəyib

Yunanıstanda cinayətkarlar qaçırdıqları, dəyəri milyonlarla qiymətləndirilən klassik avtomobildən istifadə edərək dükanı soyublar. Avtosfer.az xəbər verir ki, insident sentyabrın 19-da gecə saatlarında paytaxt Afinada qeydə alınıb.

Məlumata görə, bir və ya bir neçə şəxs qaçırdıqları 1967-ci il istehsalı olan “Ford Mustang Fastback” markalı avtomobillə, oğurluq məqsədilə girmək istədikləri elektron mağazasının vitrinindən içəri daxil olublar. Cinayətkarlar oradan yalnız 3 ədəd “Sony PlayStation” oyun qurğusu oğurlayıblar.

Yerli telekanallardan birinin əməkdaşları hadisə yerində çəkiliş apararaq görüntülər yayımlayıblar.

Kadrlarda, toqquşmadan sonra “Mustang”ın ön, arxa pəncərələrindən və kapotundan məhrum olduğu görülür. Bundan əlavə avtomobilin damı da xeyli zədələnib.

Bildirilir ki, ümumilikdə “Mustang”a 5 min avro zərər dəyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh