Kobud qayda pozuntusu: Təhlükəli maddə daşıyan avtomobil yol kənarına park etdi – VİDEO

Qaydalar 23 Sentyabr 2019 07:55 Oxunub 1423
Kobud qayda pozuntusu: Təhlükəli maddə daşıyan avtomobil yol kənarına park etdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu tip nəqliyyat vasitəsinin yükü olmasa belə onlara yaşayış binasının qarşısında dayanmağa icazə verilmir”

Sürücü təhlükəli maddə daşıdığı avtomobilin qoşqusunu yolun kənarında park edərək gedib. Görüntülər paytaxtın Xətai rayonu Neapol küçəsindəndir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, ötən gecədən sürücü üzərində təhlükəli maddə yazılan çəni binanın qarşısında saxlayıb.

Ərazidə yaşayan sakinlər deyir ki, gecə onlar da hər hansı bir xoşagəlməz hadisə baş verə biləcəyi qorxusu ilə yatıblar.

Qeyd edək ki, avtomobilin aşağı hissəsindən həmin təhlükəli maddədən bir qədər də yerə axıb. Bu da təhlükənin nə qədər ciddi olduğunu göstərir. Avtomobilin üzərində ''sürücü təhlükəli sürərsə'' bu nömrəyə zəng vurun yazısı da var. Amma həmin nömrələrə dəfələrlə zəng vursaq da telefona cavab verən olmadı.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, qanuna görə, belə təhlükəli maddə daşınan avtomobillər icazə sənədi ilə xüsusi marşurutla hərəkət edirlər. Amma bu tip nəqliyyat vasitəsinin yükü olmasa belə onlara yaşayış binasının qarşısında dayanmağa icazə verilmir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov bildirib ki, təhlükəli maddə daşıyan avtomobillərə heç bir halda yaşayış binalarının qarşısından keçməyə icazə verilmir. Əgər həmin avtomobildə nasazlıq yaransa belə gecə ilə aradan qaldırılıb ərazidən aparılmalıdır. Ona görə də həmin fakt araşdırılacaq və sürücü barəsində qanunauyğun şəkildə cərimə yazılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh