Cəlilabadda minik avtomobili aşdı: iki nəfər xəsarət alıb

Qəzalar 23 Sentyabr 2019 08:34 Oxunub 867
Cəlilabadda minik avtomobili aşdı: iki nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə avtomobilin içərisində olan Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Adil Vəli oğlu və rayonun Suluçeşmə kənd sakini, 1972-ci il təvəllüdlü Quliyev Mehman Tehranxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Hazırda faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh