Ötən iki gündə baş verən yol qəzalarında – 2 ölü

Gündəm 23 Sentyabr 2019 10:56 Oxunub 763
Ötən iki gündə baş verən yol qəzalarında – 2 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabr ayının 21-dən 23-dək törədilən 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh