Azərbaycana payız fəsli daxil olub

Gündəm 23 Sentyabr 2019 12:05 Oxunub 980
Azərbaycana payız fəsli daxil olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək

Azərbaycana payız fəsli daxil olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, payız fəslinin daxil olması saat 11.50-də qeydə alınıb. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu zaman Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.

Qış fəsli isə dekabrın 22-də saat 08.19-da ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh