Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib

Gündəm 23 Sentyabr 2019 12:14 Oxunub 681
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib

Azərbaycanda sosial şəbəkələrdə narkotiki təbliğ edən həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh