“BakuBus”ın avtobusları dayanacaqda saxlamır - VİDEO

Xəbərlər 23 Sentyabr 2019 15:13 Oxunub 2202
“BakuBus”ın avtobusları dayanacaqda saxlamır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çoxlu sərnişin yarım saat gözləməli olub

Bu gün səhər saatlarında Heydər Əliyev Prospektində "Koroğlu" metrosu istiqamətində sərnişinlər yolda qalıb. "BakuBus"a məxsus avtobuslar Cavanşir körpüsünün altından keçdikdən sonra prospektin orta yolu ilə hərəkət ediblər və Bakı Nəqliyyat Agentliyinə məxsus dayanacağa daxil olmayıblar. 13 saylı marşrut xətti üzrə hərəkət edən 7-8 avtobus içində az sərnişin olmasına baxmayaraq dayanacaqda saxlamayıblar. Bunun nəticəsində çoxlu sərnişin yarım saat gözləməli olub.

Yarım saatlıq intervalla dayanacağa daxil olan 1 saylı marşrut avtobusunda sıxlıq olduğundan sərnişinlərin bir çoxu minə bilməyərək yolda qalıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya qeyd edib ki, məsələ araşdırılaraq qısa zamanda açıqlama veriləcək: “Hazırda Heydər Əliyev prospektində sıxlıq var. Ancaq dediyiniz hal müşahidə olunmayıb. Araşdırılacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh