Bakıda avtoyuma məntəqəsinin işçisi qəza törədib, ölən var - FOTO

Qaydalar 24 Sentyabr 2019 20:09 Oxunub 7325
Bakıda avtoyuma məntəqəsinin işçisi qəza törədib, ölən var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktı bağlı araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsində qeydə alınıb. Avtoyuma məntəqəsində çalışan Yusif (soyadı hələlik məlum deyil) adlı şəxs yumaq üçün məntəqəyə gətirilmiş “Toyota Prado” markalı avtomobili qanunsuz götürərək idarə edərkən təmir sexinin qarşısında dayanmış “Opel” markalı avtomobilə çırpıb. Nəticədə avtomobilini təmir elətdirən “Opel”in sürücüsü Saleh Ağayev öz maşınının altına düşərək ölüb.

Faktı bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh