Ekoloji nəqliyyata keçidi sürətləndirmək üçün yanacaq vergisini artıracaq

Texnologiya 24 Sentyabr 2019 20:28 Oxunub 2316
Ekoloji nəqliyyata keçidi sürətləndirmək üçün yanacaq vergisini artıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşayış binalarında enerji səmərəliliyini artırmaq üzrə tədbirlər üçün yeni subsidiyalar müəyyən etmək də planlaşdırılır

Finlandiyanın yeni hökuməti bu ilin sonuna qədər nəqliyyatda istifadə olunan qazıntı yanacağa vergini artırmaq, habelə ölkədə elektromobillər üçün enerjiyükləmə şəbəkələrini genişləndirmək üçün tədbirlər görmək istəyir.

Avtosfer.az Azərtac-a istinadən bildirir ki, iyun ayından fəaliyyətə başlayan hökumət 2035-ci ilə qədər Finlandiyanı karbon neytrallığı olan ölkəyə çevirmək istəyir.

Finlandiya 2017-ci ildə adambaşına 8,48 ton karbon qazı istehsal edib ki, bu da ekoloji nəqliyyata fəal investisiya yatıran qonşu ölkələrlə müqayisədə xeyli çoxdur. Finlandiya hökuməti ölkənin elektromobillər kimi yeniliklərin mənimsənilməsində geri qaldığını başa düşür. Təkcə 2018-ci ilin sonunda Finlandiyanın elektromobillər parkı 2400 vahiddən bir qədər artıq olub. Qonşu Norveçdə, əksinə, təkcə ötən il səxavətli vergi güzəştləri və dövlətin dəstəyi sayəsində 46 mindən çox elektromobil satılıb.

Bununla əlaqədar olaraq, Finlandiyada nazirlərdən ibarət iqlim və enerji siyasəti üzrə xüsusi işçi qrupu yaradılıb. Həmin qrupun üzvləri qarşıya elektromobillər üçün enerjiyükləmə stansiyalarının yaradılmasını başa çatdırmaq və qazıntı yanacağın daşınmasına vergiləri artırmaq məqsədi qoyublar. Yaşayış binalarında enerji səmərəliliyini artırmaq üzrə tədbirlər üçün yeni subsidiyalar müəyyən etmək də planlaşdırılır. Yanacaq vergisinin və elektrik enerjisinə subsidiyaların məbləği 2020-ci üçün Finlandiyanın fiskal büdcəsinin tərkib hissəsi kimi müəyyənləşəcək.

Qeyd edək ki, işçi qrupu 2035-ci ilə qədər karbon neytrallığının əldə edilməsi üzrə ən yaxşı tədbirlərin müəyyən edilməsi üçün yeni tədqiqatlar təyin edəcək. Həmin tədqiqatlar bütün sektorlarda tullantıların azaldılması və ölkənin ağır sənayesində karbon uducu və tutucu qurğulardan istifadənin genişləndirilməsi üzrə araşdırmaları ehtiva edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh