Bakıda gülməli dairə; orada 10 sürücüdən 8-i qayda pozur - VİDEO

Yazarlar 25 Sentyabr 2019 00:49 Oxunub 2161
Bakıda gülməli dairə; orada 10 sürücüdən 8-i qayda pozur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dairədə hər gün minlərlə sürücü qayda pozur

Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə qeyri-adi dairə çəkilib. Avtosfer.az ARB-yə istinadən xəbər verir ki, dairənin kim tərəfindən çəkildiyi bilinməsə də, ona fikir verən də yoxdur. Çünki bu, əslində dairə deyil, sadəcə ağ boya ilə çəkilmiş halqadır. Qaydalara görə, dairə elə olmalıdır ki, orada avtomobil 360 dərəcə bucaq altında hərəkət edə bilsin. Bu dairədə isə heç düzgün sxem yoxdur və orada demək olar ki, hər gün minlərlə sürücü qayda pozur. Belə demək mümkünsə, 10 sürücüdən 8-i həmin dairənin üstündən keçir. Belə müammalı işlərin qarşısı dərhal alınmalıdır və ümid edirik ki, DYP və BNA məsələni araşdırıb tədbir görəcək.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh