Almaniyanın avtomobil nəhəngi 870 milyon avro cərimələnib

Avtoxəbər 25 Sentyabr 2019 15:01 Oxunub 1236
Almaniyanın avtomobil nəhəngi 870 milyon avro cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimə qərarına münasibət bildirən "Daimler" bəyan edib ki, buna etiraz etməyəcəklər və ödəniş yaxın 6 həftə ərzində həyata keçiriləcək

Almaniyanın Ştutqart şəhərinin prokurorluğu ölkənin avtomobil nəhəngi "Daimler"i dizel nəqliyyat vasitələrindəki catışmazlıqlara görə 870 milyon avro cərimələyib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, prokurorluğun açıqlamasında bildirilir ki, avtomobil istehsalçısı 2008-ci ildən sonra nəqliyyat vasitələrinin sertifikatlaşdırılması məsələsinə laqeyd yanaşıb. Bunun da, havaya buraxdığı tullantıların həcmi normaldan çox olan dizel avtomobilləri satışa çıxarılıb.

Cərimə qərarına münasibət bildirən "Daimler" bəyan edib ki, buna etiraz etməyəcəklər və ödəniş yaxın 6 həftə ərzində həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Almaniyada "Volkswagen", "Audi" və "Porsche" kimi istehsaçılar ekoloji əhəmiyyət kəsb edən nasazlıqlara görə 2 milyard avrodan çox cərimələnib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh