“Hyundai” “Toyota” ilə toqquşdu: 3 ölü, 2 yaralı - VİDEO

Avtosfer TV 27 Sentyabr 2019 07:25 Oxunub 3220
“Hyundai” “Toyota” ilə toqquşdu: 3 ölü, 2 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Ukraynanın Donetsk əyalətində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün səhər saatlarında Kiyev-Xarxov-Dovajanski avtomagistralının Slavyansk rayonu istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hyundai Sonata” markalı maşının sürücüsü sükan idarəetməsini itirərək əks yola çıxıb və “Toyota Land Cruiser” markalı avtomobillə toqquşub.

Qəzanın şiddətindən “Hyundai Sonata” deformasiyaya uğrayıb.

Nəticədə “Hyundai”ın sürücüsü, 31 yaşlı həyat yoldaşı və 6 yaşlı qızları aldığı xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. “Toyota”da olan 2 sərnişin isə xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh