Soçidə “Formula 1” üzrə Rusiya Qran-prisi start götürüb

Yarışma 27 Sentyabr 2019 14:59 Oxunub 1464
Soçidə “Formula 1” üzrə Rusiya Qran-prisi start götürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabah isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq

Soçi şəhərində “Formula 1” üzrə Rusiya Qran-prisi start götürüb. Avtosfer.az “Report”a istinadənxəbər verir ki, cari mövsümdə Avropada reallaşacaq sonuncu mərhələnin birinci sərbəst yürüşündə ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1.34,462. “Red Bull”dan Maks Ferstappen ikinci (+0,082), “Ferrari”dən Sebastyan Fettel isə üçüncü olub (+0,543).

Bu gün daha bir sərbəst yürüş olacaq. Sabah isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Sentybarın 29-da keçiriləcək Rusiya Qran-prisi Bakı vaxtı ilə saat 15:10-da start götürəcək.

Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 2020-ci ildə Bakıdakı yarış 5 – 7 iyunda olacaq. Hazırda “Mercedes”in pilotu Lüis Hemilton 296 xalla liderdir. Bottas 231 xalla 2-ci, Lekler isə 200 xalla 3-cü yerdədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh