Səkkizinci nəsil VW Golf modeli kamuflyajsız test edilir - FOTOLAR

Avtoxəbər 29 Sentyabr 2019 23:50 Oxunub 1223
Səkkizinci nəsil VW Golf modeli kamuflyajsız test edilir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli "robot" ilə təchiz ediləcəkdirlər

Volkswagen şirkətinin səkkizinci nəsil Golf modelinin final sınaqlarına başladığı barədə məlumat vermişdik.Bu günlərdə tamamilə kamuflyaj örtüyündən azad olan hetçbek ümumi istifadə yollarında görünüb.

 

Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, əslində səkkizinci nəsil Volkswagen Golf modelinin dizaynı heç də sirr deyil. Bir müddət bundan öncə, Carscoops saytı avtomobilin reklam çarxının hazırlanması zamanı çəkilmiş şəkillərini dərc etmişdi. Bu gün dərc edilmiş şəkillərdə isə, yalnız işıq texnikası aldadığı kamufljaja malikdir.

 

Yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli "robot" ilə təchiz ediləcəkdirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh