Bakıda avtobus dayanacağı meyvə-tərəvəz bazarına çevrilib - FOTO

Avtosfer Foto 1 Oktyabr 2019 15:32 Oxunub 1525
Bakıda avtobus dayanacağı meyvə-tərəvəz bazarına çevrilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin avtobusdan istifadəsi zamanı ciddi təhlükə ilə üz-üzə qalması deməkdir

Paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində (20 yanvar dairəsi istiqamətində) avtobus dayanacaq məntəqəsinin ərazisi meyvə-tərəvəz satılan zonaya çevrilib.

Avtosfer.az xəbər verir ki, daha çox pik saatlarında vəziyyət o həddə çatır ki, avtobuslar dayanacaq məntəqəsinə daxil ola bilmirlər. Məcbur olaraq yolun hərəkət hissəsində saxlayırlar. Bu isə həm tıxaca səbəb olur, həm də sərnişinlərin avtobusdan istifadəsi zamanı ciddi təhlükə ilə üz-üzə qalması deməkdir.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə müdaxilə edəcək.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh