Sərxoş sürücü eyni anda iki yol qəzası törətdi - VİDEO

Avtosfer TV 2 Oktyabr 2019 12:10 Oxunub 1529
Sərxoş sürücü eyni anda iki yol qəzası törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi onu iki il həbs, 3 illik də sürücülük vəsiqəsindən məhrum edilməsi gözləyir

Rusiyada sərxoş sürücü eyni anda iki yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident Kirov əyalətində qeydə alınıb.

Məlumata görə, Aleksey Skryabin hələ bu ilin əvvəlində bir dəfə sürücülük vəsiqəsindən məhrum edilib. Lakin bu cəza da ona bəs etməyib. Hadisənin görüntüləri təhlükəsizlik kamerasının obyektivinə düşüb.

Kadrlarda Alekseyin idarə etdiyi “Lada” markalı avtomobil hərəkətin əks istiqamətinə çıxaraq əvvəlcə “Cehvrolet”ə sonra da “VAZ 2112”yə çırpıldığı görülür. Qəzadan sonra Aleksey hadisə yerindən qaçmaq istəyib, ancaq polis əməkdaşları tərəfindən saxlanılıb.

İndi onu iki il həbs, 3 illik də sürücülük vəsiqəsindən məhrum etmə gözləyir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh