Qırmızı işıqdan keçən sürücü qəza törədib - VİDEO

Qaydalar 3 Oktyabr 2019 06:59 Oxunub 1496
Qırmızı işıqdan keçən sürücü qəza törədib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin dəqiq təfərrüatları araşdırılır

Nəsimi rayonunda iki minik avtomobili toqquşub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və Süleyman Rüstəm küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “BYD” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman Rəşid Behbudov küçəsində hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsi “BYD”yə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh