Avtomobil magistral yolda hər hansı səbəbdan dayanarsa nə etməli? - VİDEO

Avtosfer TV 3 Oktyabr 2019 11:59 Oxunub 3043
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks təqdirdə ağır nəticələr baş verə bilər

Bir çox hallarda magistral yolun ortasında texniki nasazlıq ucbatından avtomobillər dayanıb qalır. Xüsusilə yüksək sürətli yollarda bu təhlükəlidir. Avtosfer.az bildirir ki, belə olan halda arxadan gələn avtomobil qəza törədə bilər. Odur ki, sürücülər avtomobildə nasazlıq hiss edən kimi yolun sağ tərəfinə istiqamət götürməli, bu zaman da təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Qəza işıqlarının yandırılması, dayanma zamanı qəza üçbucağından istifadə etmək zəruridir. Əks təqdirdə ağır nəticələr baş verə bilər.

Bu görüntülərdə VAZ 21 06 markalı avtomobil elə mövqedə dayanıb ki, qəzanı qaçılmaz edir. Toqquşma anından sonra yük maşınının çətinliklə də olsa dayanması qəzanın miqyasını azaldır. Amma nəzərə almaq lazımdır ki, arxadan gələn digər avtomobil də yük maşını ilə toqquşa bilərdi. Zəncirvari qəzalar adətən belə baş verir.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh