5 metrlik piton “Range Rover”in üstünə çıxıb  turistlərə hücum etdi - VİDEO

Avtosfer TV 3 Oktyabr 2019 16:59 Oxunub 1836
5 metrlik piton “Range Rover”in üstünə çıxıb  turistlərə hücum etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çaxnaşmaya düşən turistlər nəqliyyat vasitələrinə minərək ərazidən uzaqlaşıblar

CAR-ın (Cənubi Afrika Respublikası) Durban şəhərində gəzintiyə çıxan turistlər 5 metrlik piton ilanının hücumuna məruz qalıblar. Avtosfer.az xəbər verir ki, turistlər qumlu ərazidə gəzərkən bir qayığın altında yatan piton görüblər. Onlardan biri pitonun şəkilini çəkərkən, digəri isə ilanın quyruğuna toxunub. Quyruğunun çəkilməsi ilə hərəkətə keçən iri piton “Range Rover” markalı avtomobilin üzərinə çıxıb. Bundan sonra çaxnaşmaya düşən turistlər nəqliyyat vasitələrinə minərək ərazidən uzaqlaşıblar. Afrika qaya pitonu uzaqlaşan avtomobilləri bir müddət izlədikdən sonra, istiqamətini dəyişərək gözdən itib.

Zəhərli olmayan qaya pitonları, şikarına böyük bir güclə sarılaraq öldürür.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh